понедельник, 21 марта 2016 г.

Payız və yaz fəsillərində təbiətdə baş verən proseslər

Yaz - Şimal yarımkürəsində 21 mart və 22 iyun,Cənub yarımkürəsində isə 23 sentyabr və 22 dekabr arasındadır.Təbiət dövründə qış ilə yaz arasındakı mövsümdür.  Martın 22-də yaz gecə-gündüz bərabərliyi baş verir. Yəni gecə ilə gündüz sutkanı yarıbayarıya – hər birinə 12 saat olmaqla – bölürlər.

Bu gündən başlayaraq, gündüzlər uzanır, gecələr isə qısalır. Bu proses düz iyun ayının 22-dək davam edir. Məhz 22 iyunda gündüz ən uzun, gecə isə ən qısa vaxta malik olur.
Yazda ağaclar çiçək açır, hava istiliyi artmağa başlar. Bu mövsümdə qar əriməsi və bol miqdarda yağışların yağması ilə su yataqları olan dərələr, göllər, Gölməçə və anbarlar su ilə dollar. Baharın xəbərçisi çiçəklərdir. Xüsusilə bu mövsümdə leysan yağışları başlar. Bu yağışlarla şiddətli göy gurultusu, ildırım düşməsi, dolu təhlükəsi və sel fəlakətləri də görülər. İnsanlar üzərində də sağlamlıq baxımından mənfi təsirləri ola bilər. Yorğunluq, halsızlıq yazın insanlar üzərindəki mənfi təsirlərindəndir. Bu vəziyyətə tibb dilində qısaca bahar yorğunluğu deyilir.


Payız-Şimal yarımkürəsində 23 sentyabrla
 22 dekabr,Cənub yarımkürəsində isə 21 martla 22 iyun arasında davam edən yayla qış arasında keçid mövsümüdür.Payız qış fəslinin xəbərçisidir.Bu fəsildə havalar yavaş-yavaş soyuyaraq, qışa hazırlıq edilməsi üçün insanları xəbərdar edər.Ağaclar yamyaşıl gözəlliklərini itirərək yarpaqlarını tökməyə,bitkilər saralmağa,heyvanlar qışa hazırlıq görməyə başlarlar.Payızda digər mövsümlərdəki kimi sabit hava olmadığına görə insanların çox diqqətli olmaları lazımdır.Havaların bəzən soyuq,bəzən yağışlı,
 bəzən açıq olması buna misaldır.Bu baxımdan payız mövsümü qış hazırlıqlarının sürətləndiyi bir mövsümdür.Odun-kömürün alınması (bəzi yerlərdə),yunlu parçaların hazırlanması bu mövsümün əhəmiyyətli xüsusiyyətlərindəndir.
Gündüzlər qisalır,gecələr uzanır.Günəş daha tez batır.
Daha az istilik və işıq verir.Sərin,yağışlı və küləkli günlərin sayı   
artar.Payız fəsli yay ilə qış arasında körpü kimidir.Havaların dəyişik bir atmosferdə seyr etməsi,insanların sağlamlığı,əkinçilik və heyvandarlıq üçün təhlükəli ola bilər.Bu mövsümdə soyuqdəymə,qrip və bu kimi xəstəliklər çox görülməkdədir.Geyimdə,yeməkdə çox diqqətli olmalı,C vitaminini əskik etməməliyik.


Yay və qış fəsillərində təbiətdə baş verən hadisələr

İlin dörd fəslinin hər biri özünəməxsus gözəlliyi, rəngi, insanlara 

bəxş etdiyi əhvali-ruhiyyə ilə digərindən fərqlənir.






Qış  — ilin ən soyuq fəslidir.payızla yaz arasında yerləşir.Soyuq günlər Şimal yarımkürəsində 22 dekabr və 21 mart arasında,Cənub yarımkürəsində isə 22 iyun və 23 sentyabr arasındadır. Onun əsas əlaməti havanın hərarətinin aşağı düşməsidir. Bəyaz qış şaxtası ilə,qarı ilə cəlbedicidir.Bir sıra ölkələrdə şimal qütbünə yaxınlığından asılı olaraq qar yağır. Qışda gündüzlər qısa, gecələr isə uzun olur.  Küçədə şaxta hökmranlıq edir. Çaylar, göllər və yollardakı gölməçələr şəffaf   buz bağlayır.Enliyarpaqlı ağaclar çılpaq olur,  onlar sadəcə qardan kürk geyinirlər. Ancaq küknar və şam ağacları öz “yaşıl geyimlərini”  saxlayırlar.
Bir çox heyvanlar - ayılar, 
kirpilər, porsuqlar öz
yuvalarına girir, və yaza kimi yatırlar.
Digər heyvanlar
uzun qışa özlərinə məxsus olan tərzdə 
uyğunlaşırlar: 
dovşan və dələlər xəzlərini qarın üzərində daha az 
seçiləninə, canavar və tülkü isə daha isti 
və xovlusuna dəyişirlər.
  
 Yay - ən isti mövsümdür. Şimali Yarımkürəsinin ən uzun günləri yayda reallaşar.İsti günlər Şimali yarımkürəsinidə 21 İyun ilə 22 Sentyabr arasında, Cənub Yarımkürəsində isə 22 Dekabr ilə 21 Mart arasındadır. 
    Yay həm uşaqların, həm də böyüklərin çox gözlədikləri fəsildir. Yay mövsümü insanlar, təbiətin çoxu gözəlliklərindən faydalanma imkanı tapar. İnsan sağlamlığına böyük faydası olan və sümüklərin inkişafı üçün lazım olan D vitamini, günəş şüalarından alınır. Yazın son ayında məktəblərdə dərs ili başa çatır. Qarşıdan uzun yay tətili gəlir.Hərə yay tətilini bir  cür keçirməyi xoşlayır.Kimi uzaq-uzaq ölkələrə səyahətlər etmək 
barədə düşünür, kimi də istirahətini Azərbaycanın müxtəlifrayonlarında keçirməyə üstünlük verir.
 Meyvələrin, tərəvəzlərin əksəriyyəti bu mövsümdə yetişir.

  

пятница, 18 марта 2016 г.

Yerin Günəş ətarfında hərəkətindən asılı olaraq fəsillərin dəyişməsi



İlin Mövsümləri - ilin şərti olaraq bölündüyü 4 dövr.
Təqvim üzrə mövsümlər – dünyanın əksər ölkəsində ilin hər biri 3 təqvim ayına bərabər olan 4 mövsümə bölünməsi qəbul edilib.
Bizim  planetimiz olan Yer daima öz oxu ətrafında və   eyni zamanda da Günəş ətrafında fırlanır.Günəş planetin müxtəlif hissələrini-Şimal və Cənub yarımkürələrini fərqli olaraq işıqlandırır. Yer Günəşin şimal  yarımkürəsi tərəfdə olduğu zaman, ona daha çox işıq və istilik düşür və müvafiq  olaraq Yerdə yay olur.Yarım ildən sonra isə hər şey əksinə olacaq.

Şimal yarımkürəsinə qış, cənub yarımkürəsinə isə yay gələcək.

Hər iki yarımkürə eyni dərəcədə işıqlandığı zaman planetimizdə payız yaxud da yaz fəsli olur.Müxtəlif yarımkürələrdə həmişə ilin müxtəlif fəsilləri olur.Eyni vaxtda əksinə olaraq Cənub yarımkürəsində  qış olur.

Orta en dairələrində il formal olaraq təqribən 4 bərabər hissəyə bölünür. Şimal və cənub yarımkürəsinin əksər ölkələrində fəsillərin başlanma və bitmə vaxtı aşağıdakı kimi qəbul edilib:
     

    21 mart – Yaz   gecə –gündüz bərabərliyidir. Günəş ekvatorda zenitdə olur. Şimal və Cənub yarım kürələri bərabər işıqlanır. Şimal yarım kürəsində yaz, Cənub yarım kürəsində payız fəsli başlanır.
   22 iyun - yay gündönümüdür. 21 martdan başlayaraq Yerin xəyali oxunun Şimal ucu Günəşə tərəf çevrilərək 90 gündən sonra (22 iyunda) Günəş şüaları 23,50 şm. eni (Şimal tropiki) üzərində zenitdə olur. Şimal yarımkürəsində yay, Cənub yarımkürəsində qış başlanır. Şimal yarımkürəsində hava isinir, gündüzlər uzanır, gecələr və kölgələr qısalır. 22 iyunda Şimal yarımkürəsində ən uzun gündüz, ən qısa gecə olur. 
  

    
  
23 sentyabr-payız gecə-gündüz bərabərliyidir.
Günəş 22 iyundan başlayaraq yenidən ekvatora doğru
hərəkət edir və 23 sentyabrda ekvatorda zenitdə olur.
Şimal və Cənub yarımkürələri bərabər işıqlanır. Şimal yarımkürəsində payız,Cənub yarımkürəsində isə yaz fəsli başlayır. 
   


   22 dekabr - qış gündönümüdür. 23 sentyabrdan başlayaraq Yerin xəyali oxunun Cənub ucu Günəşə tərəf irəliləyərək 90 gündən sonra 22 dekabrda Günəş Cənub tropiki üzərində  zenitdə ənub yarımkürəsində yay, Şimal yarımkürəsində qış başlayır. Həmin gün Şimal yarımkürəsində ən uzun gecə, ən qısa gündüz olur. Buna səbəb burada Günəşin düşmə bucağının azalmasıdır. 
Beləliklə,Günəş il ərzində Şimal və Cənub tropikləri arasında
zenitdə olur.Ona görə bu ərazilər kifayət qədər istilik və işıq alır,müxtəlif iqlim qurşaqları və tipləri yaranır.