İlin Mövsümləri - ilin şərti olaraq bölündüyü 4 dövr.
Bizim planetimiz olan Yer daima
öz oxu ətrafında və eyni zamanda da Günəş ətrafında fırlanır.Günəş
planetin müxtəlif hissələrini-Şimal və Cənub yarımkürələrini fərqli
olaraq işıqlandırır. Yer Günəşin şimal yarımkürəsi tərəfdə olduğu zaman,
ona daha çox işıq və istilik düşür və müvafiq olaraq Yerdə yay olur.Yarım ildən sonra isə hər şey əksinə olacaq.
Şimal yarımkürəsinə qış, cənub yarımkürəsinə isə yay gələcək.
Hər iki yarımkürə eyni dərəcədə işıqlandığı zaman planetimizdə payız yaxud da yaz fəsli olur.Müxtəlif yarımkürələrdə həmişə ilin müxtəlif fəsilləri olur.Eyni vaxtda əksinə olaraq Cənub yarımkürəsində qış olur.
Hər iki yarımkürə eyni dərəcədə işıqlandığı zaman planetimizdə payız yaxud da yaz fəsli olur.Müxtəlif yarımkürələrdə həmişə ilin müxtəlif fəsilləri olur.Eyni vaxtda əksinə olaraq Cənub yarımkürəsində qış olur.
Orta en
dairələrində il formal olaraq təqribən 4 bərabər hissəyə bölünür. Şimal və cənub yarımkürəsinin əksər ölkələrində fəsillərin
başlanma və bitmə vaxtı aşağıdakı kimi qəbul edilib:
21 mart – Yaz gecə –gündüz bərabərliyidir. Günəş ekvatorda zenitdə olur. Şimal və Cənub yarım kürələri bərabər işıqlanır. Şimal yarım kürəsində yaz, Cənub yarım kürəsində payız fəsli başlanır.
22 iyun - yay gündönümüdür. 21 martdan başlayaraq Yerin xəyali oxunun Şimal ucu Günəşə tərəf çevrilərək 90 gündən sonra (22 iyunda) Günəş şüaları 23,50 şm. eni (Şimal tropiki) üzərində zenitdə olur. Şimal yarımkürəsində yay, Cənub yarımkürəsində qış başlanır. Şimal yarımkürəsində hava isinir, gündüzlər uzanır, gecələr və kölgələr qısalır. 22 iyunda Şimal yarımkürəsində ən uzun gündüz, ən qısa gecə olur.
23 sentyabr-payız gecə-gündüz bərabərliyidir.
Günəş 22 iyundan başlayaraq yenidən ekvatora doğru
hərəkət edir və 23 sentyabrda ekvatorda zenitdə olur.
Şimal və Cənub yarımkürələri bərabər işıqlanır. Şimal yarımkürəsində payız,Cənub yarımkürəsində isə yaz fəsli başlayır.
22 dekabr - qış gündönümüdür. 23 sentyabrdan başlayaraq Yerin xəyali oxunun Cənub ucu Günəşə tərəf irəliləyərək 90 gündən sonra 22 dekabrda Günəş Cənub tropiki üzərində zenitdə ənub yarımkürəsində yay, Şimal yarımkürəsində qış başlayır. Həmin gün Şimal yarımkürəsində ən uzun gecə, ən qısa gündüz olur. Buna səbəb burada Günəşin düşmə bucağının azalmasıdır.
Beləliklə,Günəş il ərzində Şimal və Cənub tropikləri arasında
zenitdə olur.Ona görə bu ərazilər kifayət qədər istilik və işıq alır,müxtəlif iqlim qurşaqları və tipləri yaranır.
Beləliklə,Günəş il ərzində Şimal və Cənub tropikləri arasında
zenitdə olur.Ona görə bu ərazilər kifayət qədər istilik və işıq alır,müxtəlif iqlim qurşaqları və tipləri yaranır.



Комментариев нет:
Отправить комментарий